Şəhriyar Məmmədov Kramnikə qalib gəldi

Şəhriyar Məmmədov Kramnikə qalib gəldi


İyunun 26-da İsveçrənin paytaxtı Cenevrə şəhərində şahmat festivalına start verilib.
Sürətli şahmat üzrə təşkil eidəln turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edir. Qeyd edək ki, turnirdə hər görüş 2 partiyadan ibarətdir. Birinci turda şahmatçımız Vladimir Kramniklə görüşüb. Şəhriyarın ağ fiqurlarla oynadığı birinci partiya heç-heçə başa çatıb. İkinci partiyada qara fiqurlarla oynayan Ş.Məmmədyarov rəqibinə qalib gəlib.
Cenevrədə Zeynəb və Türkan Məmmədyarovaların çıxış etdiyi açıq turnir də keçiriləcək.



olimpnews.az