Şahmatçılarımız Avropa kubokunda 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar

Şahmatçılarımız Avropa kubokunda 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar

Gürcüstanın Ureki şəhərində 12 yaşadək uşaqlar arasında şahmat üzrə keçirilən Avropa kuboku yarışları başa çatıb.10 ölkədən 260-dək şahmatçının iştirak etdiyi yarışlarda Azərbaycandan müxtəlif yaş qrupları üzrə 59 zəka sahibi qələbə uğrunda mübarizə aparıb. Təmsilçilərimiz uğurlu çıxış edərək 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarışda Vüqar Əsədli 12 yaşlı oğlanlar arasında keçirilən 9 oyundan 8 xal toplayaraq qızıl medal qazanıb. Kənan Qarayev isə aktivinə 6.5 xal yazaraq bürünc medala yiyələnib.
10 yaşlı oğlanlar arasında yarışda Vüqar Manafov və Fərid Mustafayev 7 xalla gümüş və bürünc medal qazanıblar. Qızların yarışında isə Mingəçevir şahmatçısı Zeynəb İsmayılzadə gümüş medala layiq görülüb. 8 yaşlılar arasında 9 oyundan 8 xal toplayan Aydın Süleymanlı ikinci olub.