"Roma"dan sonra "Sevilya"

"Roma"dan sonra "Sevilya"


"Roma"nın sabiq baş məşqçisi Eysebio di Françeskonun yeni klubu müəyyənləşib. 49 yaşlı mütəxəssis "Sevilya" ilə anlaşıb. La Liqa təmsilçisinin yeni təyinatı gələn həftə açıqlayacağı bildirilir. İtaliyalı mütəxəssislə 2 illik müqavilə nəzərdə tutulub.
Qeyd edək ki, "Sevilya" martda Pablo Maçini qovduqdan sonra komandanı mövsümün sonuna qədər Xoakin Kaparros çalışdırıb. «Sevilya» bu mövsüm La Liqada 6-cı yerlə kifayətlənib.