Cüdoçularımız Çində Qran-Prisində iştirak edirlər

Cüdoçularımız Çində Qran-Prisində iştirak edirlər

Bu gün Çinin Hohhot şəhərində cüdo üzrə Qran-Pri turniri start götürüb. Yarışlarda Azərbaycanı beş kişi və bir qadın cüdoçu təmsil edir. Kişi cüdoçuların mübarizəsində Kəramət Hüseynov (60 kq), İsmayıl İbrahimov (66 kq), Rüfət Məmmədov, Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qüvvələrini sınayırlar. Qadınların yarışında isə Aleksandra-Larisa Florian (57 kq) mübarizə aparır.
Çin Qran-Prisində 43 ölkədən 301 cüdoçu iştirak edir.