Kontenin yeni iş yeri rəsmiləşdi

Kontenin yeni iş yeri rəsmiləşdi


"Çelsi"nin sabiq baş məşqçisi Antonio Kontenin "İnter"ə keçidi rəsmiləşib. bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin detalları barədə açıqlama verilməyib.İtaliya mətbuatı A seriyası təmsilçisinin 49 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalandığını yazıb. Qeyd edək ki, "İnter" dünən baş məşqçisi Luçano Spalettini istefaya göndərib.
Xatırladaq ki, Konte son olaraq 2016-2018-ci illərdə "Çelsi"ni çalışdırıb.