"Beşiktaş" yeni baş məşqçi rəsmiləşdi

"Beşiktaş" yeni baş məşqçi rəsmiləşdi
 
"Başakşəhər"dən ayrılan Abdullah Avcının "Beşiktaş"ın sükanı arxasına təyinatı rəsmiləşib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul nəhəngi təcrübəli çalışdırıcı ilə 3 illik müqavilə imzalandığını bildirilib.
Qeyd edək ki, Avcı "Beşiktaş"da bir müddət öncə Türkiyə millisinə baş məşqçi təyin olunan Şenol Günəşi əvəzləyib.