Monrealda 7 cüdoçumuz mübarizə aparacaq

Monrealda 7 cüdoçumuz mübarizə aparacaq


İyulun 5-7-də Kanadanın Monreal şəhərində keçiriləcək cüdo üzrə Qran-Pri yarışları üçün Azərbaycan komandasının heyəti açıqlanıb.
Kişilərin yarışında Kəramət Hüseynov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qadınların mübarizəsində ölkəmizi Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian və İçinkorloo Munxtsedev (hər ikisi 57 kq) təmsil edəcəklər.
Qran-Pri turnirində indiyədək 53 ölkədən 350-yə yaxın idmançı iştirakını təsdiqləyib.