Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Qran-Pri yarışlarında Azərbaycanı 6 qadın cüdoçu təmsil edəcək.
Turnirdə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinkorloo Münxtsedev (hər ikisi 57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) medallar uğrunda mübarizə aparacaqlar.
İyulun 12-14-də keçiriləcək turnirdə 71 ölkədən 500-dən çox cüdoçu iştirak edəcək.