Uşaqlıqdan “Real”da oynamağı arzulamışam”

Uşaqlıqdan “Real”da oynamağı arzulamışam”

"Real” yeni transferi Eden Hazardı ictimaiyyətə təqdim edib.
Azarkeşlərlə görüş "Santyaqo Bernabeu” stadionunda keçirilib.
Tədbirdə fikirlərini bildirən belçikalı yarımmüdafiəçi həmişə "Real”da oynamaq arzuzundə olduğunu deyib: "Səbirsizliklə "Real”ın formasını geyincəyim günü və komandanın şərəfini qorumağımı gözləyirdim. Uşaqlıqdan "Real”da oynamağı arzulamışam”. Qeyd edək ki, "Real” Eden Hazardla 2024-cü ilə kimi müqavilə imzalayıb.