Çilidən böyükhesablı qələbə

Çilidən böyükhesablı qələbə


Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin 1-ci tur matçında Çilli millisi Yaponiyanı məğlub edib.
San-Paulu şəhərinin "Morumbi - Siseru Pompeu de Toledu" stadionunda keçirilən qarşılaşma 4:0 hesabı ilə cənubi amerikalıların xeyrinə yekunlaşıb.
Görüşdə Eduardo Varqas dubla imza atıb.

Amerika Kuboku

Yaponiya – Çili - 0:4

Qollar: 0:1 – Pulqar – 41, 0:2 – Varqas – 54, 0:3 – Sançes – 82, 0:4 – Varqas – 83