Mişel Platini polis nəzarətində

Mişel Platini polis nəzarətində


UEFA-nın sabiq prezidenti Mişel Platini polis nəzarətinə alınıb.
O, Parisin Nanterre bölgəsindəki anti-korrupsiya şöbəsində saxlanılıb.
Platini DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunur. Fransalı futbol funksionerinin Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.
Qeyd edək ki, 63 yaşlı Platini 2007-2015-ci illərdə UEFA-nın prezidenti olub.