Şamaxıda cüdo yarışı başa çatıb

Şamaxıda cüdo yarışı başa çatıb


Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 22-23-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo turniri keçirilib. Yarışda rayon komandalarından 1998-2000-ci il təvəllüdlü yaş qrupu üzrə 10 çəki dərəcəsində ümümilikdə 50 nəfər yeniyetmə idmançı iştirak edib.  Yarışın baş hakimliyi vəzifəsi Şamaxı rayonu Gənclər və İdman idarəsinin rəis müavini, cüdo üzrə idman ustası Bəhlul Əliosmanova həvalə edilib.  


Şamaxı rayon  Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov rayon birinciliyini açıq elan etdikdən sonra yarışa start verilib. Gərgin və çox maraqlı keçən idman mübarizəsinin sonunda qaliblər müəyyənləşib. 

Yarışda mükafatalayiq yerləri tutan idmançılar Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplom və medallarla, qiymətli hədiyyələrlə  təltif olunublar. 


Şamaxı rayonunda keçirilən cüdo üzrə I -ci yeri tutan idmançıların adları

27 kq çəkidə Qədimov Saleh (Şamaxı) rayonu
30 kq çəkidə Səlifov Ülvi Şamaxı rayon (Sabir qəsəbəsi)
34 kq çəkidə Məmmədov Adəm (Şamaxı) rayonu
38 kq çəkidə İsmayılov Bəxtiyar (Şamaxı) rayonu
42 kq çəkidə Allahverdiyev Murad Şamaxı rayon (Sabir qəsəbəsi)
46 kq çəkidə Tofiqov Rəcəb (Şabran) rayonu
50 kq çəkidə Zeynalov Şamil (Şabran) rayonu
55 kq çəkidə Balayev Yunis Şamaxı rayon (Məlhəm kəndi)
60 kq çəkidə Bədirov Vüsal Şamaxı rayon (Məlhəm kəndi)
66 kq çəkidə Nəbiyev Amir Bakı şəhəri (Müşqifabad) qəsəbəsi


Şamaxı rayon Gənclər və İdman idarəsinin rəis müavini, yarışın baş hakimi Bəhlul Əliosmanov.