İtaliyanın "Kalyari" klubundan ayrılan və futbolçu karyerasını başa vurmağa hazırlaşan Dario Srna "Şaxtyor"a qayıdıb. 37 yaşlı xorvatiyalı sabiq komandasında məşqçi işləyəcək. Veteran futbolçu yeni baş məşqçi Luiş Kaştrunun köməkçilərindən biri təyin olunub. Qeyd edək ki, 2003-2018-ci illərdə "Şaxtyor"da çıxış edən Srna Donetsk təmsilçisi ilə 10 dəfə Ukrayna çempionu olub, 8 dəfə ölkə kuboku və superkubokunu, 1 dəfə isə UEFA kubokunu qazanıb.