Minsk-2019: Cüdoçularımızdan uğursuz başlanğıc

Minsk-2019: Cüdoçularımızdan uğursuz başlanğıc

İyunun 22-də - Minskdə keçirilən ikinci Avropa Oyunları çərçivəsində cüdo yarışları start götürüb. Cüdo yarışlarının ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə - otuzikidəbir finalda finlandiyalı Katri Kakkonu, səkkizdəbir finalda belçikalı Çarlin Van Sniki məğlub etsə də, növbəti mərhələdə polşalı Aqata Perensə uduzub. Cüdoçumuz təsəlliverici döyüşdə də ümidləri doğrulda bilməyib. O, bürünc medal uğrunda mübarizədə italiyalı Odette Qluffridaya məğlub olub.
Cüdo yığmamızın digər altı üzvü Aişə Qurbanlı (48 kq), Larisa-Aleksandra Florian (52 kq), İçinxorloo Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə (66 kq) də yarışın birinci günündə uduzaraq mübarizəni dayandırıblar.