Cüdoçumuz Polşada çempion oldu

Cüdoçumuz Polşada çempion oldu


Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb.
Daha iki cüdoçumuz Polşada bürünc medala layiq görülüb. 55 kq çəki dərəcəsində yarışan Kamran Süleymanov və Nicat Məmmədli qitə birinciliyində 3-cü yeri tutub.
Beləliklə, Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.
Qeyd edək ki, Polşada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edir. Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.