Əsas məqsədim Minsk-2019-da çempion olmaq idi. Lakin sonda bürünc medalla kifayətlənməli oldum. Çalışacağam ki, qarşıdakı yarışlarda daha inamlı təsir bağışlayım.
Bu sözləri jurnalistlərə açıqlamasında II Avropa Oyunlarının cüdo yarışlarının bürünc mükafatçısı Məmmədəli Mehdiyev deyib.
"Təəssüf ki, yarımfinalda öz səhvimdən məğlub oldum. Etiraf edim ki, rəqibimdən həmin fəndi gözləmirdim. Əsas odur ki, Vətənə medalla qayıtdım. Bu mənim üçün sevindirici haldır. Özümə çox inanıram. Qarşıdan gələn dünya çempionatına daha motivasiyalı hazırlaşacağam.
Bir məsələni vurğulamaq istəyirəm. Mənim fikrimcə, ölkəmizdə keçirilən Avropa Oyunları daha möhtəşəm idi”, - deyə M.Mehdiyev bildirib.