İngiltərənin "Nyukasl” klubunun sabiq baş məşqçisi Rafael Benites çalışdıracağı yeni klub müəyyənləşib.
59 yaşlı mütəxəssis Çinin Super Liqasında çıxış edən "Dalyan İfan”a rəhbərlik edəcək. İctimaiyyətə təqdim edilən ispaniyalı məşqçi ilə müqavilənin təfərrüatları barədə məlumat verilmir.
"Sky Sports” nəşrinin məlumatına görə ispaniyalı mütəxəssis Çində ildə 12 milyon avro məvacib alacaq.
R.Benites 2016-cı ilin martından "Nyukasl”a rəhbərlik edib. O, 2005-ci ildə "Liverpul” ilə UEFA Çempionlar Liqasının, 2013-cü ildə isə "Çelsi” ilə UEFA Avropa Liqasının qalibi olub.