Azərbaycanlı cüdoçu Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub.
İkinci Avropa Oyunlarının gümüş mükafatçısı ən yaxın izləyicisi Cənubi Koreya təmsilçisi Çangrım Anı 50 xal qabaqlayır. Həmin çəki dərəcəsində daha bir idmançımız Hidayət Heydərov da liderlər qrupunda mövqeyini dəyişməyib. İkinci Avropa Oyunlarında bürünc medal qazanan idmançımız altıncı pillədədir.
Minsk-2019-un bürünc mükafatçıları Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) isə bir pillə irəliləliyiblər. M.Mehdiyev 4-cü, E.Qasımov 10-cu, U.Kokauri isə 13-cü mövqedədirlər.
Komandamızın digər üzvləri Nicat Şıxəlizadə (66 kq) 25-ci, Orxan Səfərov (60 kq) 37-ci sırada qərarlaşıblar. Qadın cüdoçumuz İrina Kindzerskanın (+78 kq) da mövqeyi dəyişməyib. "Minsk 2019”da bürünc medal qazanan idmançımız dünya reytinq cədvəlində dördüncüdür.