Cüdoçularımız ilk yarış gününü medalsız başa vurublar

Cüdoçularımız ilk yarış gününü medalsız başa vurublar


Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının birinci gününü medalsız başa vurublar.
Universiadada beş kişi və bir qadın cüdoçu ilə təmsil olunan Azərbaycan millisinin iki üzvü - Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq) yarışların birinci günündə tatami üzərinə çıxıblar.
A.Tumayev ilk görüşdə çexiyalı Jiri Peteri məğlub etsə də, səkkizdəbir finalda rusiyalı Roman Dontsova məğlub olub. R.Kotsoyev isə onaltıdabir finalda meksikalı Aleksis De Leonu, səkkizdəbir finalda rumıniyalı Mirçea Kraitoru üstələyib. Dörddəbir final mərhələsində Mincong Kimə (Cənubi Koreya) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə polşalı Oleksi Lısenkonun da öhdəsindən gələ bilməyib.
Komandamızın heyətində A.Tumayev və R.Kotsoyevdən başqa, İbrahim Əliyev (66 kq), Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq) və Günel Həsənli (70 kq) də universiadada iştirak etmək üçün İtaliyaya yollanıblar.