2015-ci ildə cüdo üzrə Avropa çempionatı Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.
Bu barədə Böyük Britaniya Cüdo Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Böyük Britaniya krallığı bu turniri son 20 ildə ilk dəfə qəbul edəcək. Yarışlar çoxfunksiyalı "Emireyts” Arenasında təşkil olunacaq.