Taekvondoçularımız Universiadaya yola düşüblər

Taekvondoçularımız Universiadaya yola düşüblər


Taekvondo üzrə Azərbaycan millisi XXX Ümumdünya Yay Universiadasında iştirak üçün İtaliyanın Neapol şəhərinə yola düşüb.
Ölkəmizi taekvondo yarışlarında 5 idmançı təmsil edəcək.
İyulun 7-də startı veriləcək mübarizədə dayanq üzərinə Qaşım Maqomedov (58 kq), Əli Məmmədov (63 kq), Ayxan Tağızadə (74 kq), Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) çıxacaqlar. Yarışa iyulun 13-də yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Universiadada 15 idman növündən 5-də - taekvondo, cüdo, qılıncoynatma, atletika və gimnastikada (bədii və idman gimnastikası) təmsil olunur.