Hidayət Heydərov Napoli Universiadasında komandamıza ilk medalı qazandırdı

Hidayət Heydərov Napoli Universiadasında komandamıza ilk medalı qazandırdı

Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında gümüş medala sahib olub.
Universiadanın ikinci günündə - iyulun 5-də Azərbaycanın iki cüdoçusu mübarizə aparıb. Milli komandamızın üzvü Hidayət Heydərov (73 kq) müxtəlif mərhələlərdə ardıcıllıqla Abdullah Hamad (Səudiyyə Ərəbistanı), Abdelrahman Mohamed (Misir), Luca Otmane (Fransa), Marko Qusiç (Monteneqro), Tsoqtbaatar Tsend-Oçiri (Monqolustan) məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə rusiyalı Evgeni Prokopçuka məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənməli olub.
Digər təmsilçimiz Murad Fətiyev (81 kq) isə ilk görüşdə hollandiyalı Yim Heymana uduzub.
Millimizin üzvlərindən Aliumar Tumayev (90 kq) və Rüstəm Kotsoyev (+90 kq) yarışların birinci günündə mübarizəni dayandırıblar.