Lvov şəhərinin əsas rəqibi Münhendir

Lvov şəhərinin əsas rəqibi Münhendir

Ukrayna hökumətinin baş nazirinin müavini Aleksandr Vilkulun sözlərinə görə, 2022-ci ildə keçiriləcək qış Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə Lvovun əsas rəqibi Münhen şəhəridir.
"Bizim qələbə uğrunda şansımız çox yüksəkdir. Lakin Olimpiada-2022 uğrunda mübarizədə ciddi rəqibimiz var - Münhen. Lakin namizədlik uğrunda mübarizədə qələbə şansımız var”, - deyə Vilkul bildirib.
Qeyd edək ki, Ukrayna 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarına öz namizədliyini verib.