Xabi Alonso məşqçi kimi futbola qayıtdı

Xabi Alonso məşqçi kimi futbola qayıtdı



İspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb. 37 yaşlı keçmiş yarımmüdafiəçi İspaniyanın "Real Sosyedad" klubunda çalışacaq. Klubun rsəmi saytı Alonsonun B komandasının baş məşqçisi təyin edildiyini açıqlayıb.
Qeyd edək ki, 2017-ci ildə karyerasını bitirən Xabinin ilk klubu da "Real Sosyedad" olub. O, daha sonra "Eybar", "Liverpul", "Real" və "Bavariya"da çıxış edib.