XXII Qış Olimpiadasında medalların sayı çox olacaq

XXII Qış Olimpiadasında medalların sayı çox olacaq

Moskvanın "Adamas” yuvelir zavodunun icraçı direktoru Maksim Vaynberq 2014-cü il Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarının medallarının hazırlanması məsələsi ilə bağlı danışıb. O deyib: "Bizim medalların əvvəlki olimpiadaların medallarından fərqi onların sayında, keyfiyyətində və həcmində olacaq. Soçi-2014 Olimpiadası üçün daha çox 1300 medal hazırlanacaq. İkinci, bizim medallarda yarfmkarbonat materialından işləmə olacaq. Qeyd edim ki, belə medallardan Lillihamer-1994 Qış Olimpiya Oyunlarında istifadə olunsa da, xırda olub. Üçüncüsü, XXII Olimpiadasının medalları öz həcminə görə çox böyükdür”.
Qeyd edək ki, Soçi Olimpiadasının qızıl medalı 525-535 qram arasındadır və 960 əyarlı gümüşdən və 999 əyarlı 6 qram qızıl metaldan hazırlanıb. Qızıl paralimpiya medalı isə daha ağır, 680 qram təşkil edir. Olimpiya və Paralimpiya medallarının ölçüləri demək olar ki, eynidir - diametri 100 millimetr, qalınılğı 10 millimetr.
"Adamas” yuvelir zavodunun icraçı direktoru Maksim Vaynberq meddaların bu ilin noyabr və ya dekabr aylarında Soçi-2014 Təşkilat Komitəsinə təhvil veriləcəyini də deyib.