İngiltərə millisinin sabiq üzvü Piter Krauç karyerasını başa vurub. Bunu 38 yaşlı hücumçu sosial şəbəkə hesabında açıqlayıb.
"Bu yay çox götür-qoy etdikdən sonra karyeramı bitirmək qərarına gəldim. Gözəl futbol mənə çox şey bəxş etdi. Mənə kömək edən hər kəsə minnətdaram" - deyə o bildirib. Qeyd edək ki, dünyanın ən ucaboy futbolçularından biri olan (2.01
metr) Piter Krauç karyerası ərzində "Tottenhem" və "Liverpul" kimi klublarda da çıxış edib. Onun sonuncu komandası İngiltərənin "Bernli” klubu olub.