«Qarabağ» «Partizani» səddini keçə bilməsə…

«Qarabağ» «Partizani» səddini keçə bilməsə…

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. İlk oyun günündə 6 görüş keçiriləcək. Bu gün "Saburtalo" "Şerif"i qəbul edəcək. Səfər matçında 3:0 hesabı ilə qalib gələn Gürcüstan klubu üstünlüyünü qorumağa çalışacaq.
Həmin qarşılaşmada həmin cütün məğlub tərəfi "Qarabağ"la qarşılaşa bilər, əgər təmsilçimiz "Partizani” səddini keçə bilməsə. Qeyd edək ki, "Qarabağ" - "Partizani" və digər 10 görüş sabah keçiriləcək.
16 iyul
Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları
19:00. "Şkendiya” (Makedoniya) - "Nimme Kalyu” (Estoniya)
İlk oyun – 1:0
21:30. "Saburtalo” (Gürcüstan) - "Şerif” (Moldova)
İlk oyun – 3:0
22:00. "HB Torshavn” (Farer adaları) - HİK (Finlandiya)
İlk oyun – 0:3
22:00. "Valletta” (Malta) - "Düdelanj” (Lüksemburq)
İlk oyun – 2:2
22:45. "Ferronikeli” (Kosovo) - TNS (Uels)
İlk oyun – 2:2
22:45. "Srvena Zvezda” (Serbiya) - "Suduva” (Litva)
İlk oyun – 0:0.