Avropa Liqasında da cavab görüşləri başlayır

Avropa Liqasında da cavab görüşləri başlayır


Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin də cavab oyunlarına start veriləcək. Ilk oyun günündə 3 matç keçiriləcək. Günün əsas matçı Farer adalarında olacaq. "Klaksvik” ilk görüşdə "Riteryay” la qeydə alınan heçə-heçə hesabını öz xeyirinə həll etməyə çalışacaq. Qeyd edək ki, təmsilçilərimiz "Neftçi" və "Səbail"in görüşləri və digər qarşılaşmalar iyulun 18-i olacaq.

16 iyul

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları

19:00. "Banants” (Ermənistan) - "Çukariçki” (Serbiya)
İlk oyun – 0:3

21:00. "Klaksvik” (Farer adaları) - "Riteryay” (Litva)
İlk oyun – 1:1

22:30. "Titoqrad” (Monteneqro) - MOİK (Sofiya, Bolqarıstan)
İlk oyun – 0:4.