Hollandiyalı futbolçu Yuventusda

Hollandiyalı futbolçu Yuventusda


"Ayaks"ın kapitanı Matteys de Liqtin "Yuventus"a keçidi bu gün reallaşacaq. 19 yaşlı müdafiəçi dünən gecə Turinə yollanıb.
Hazırda "Yuventus"un bazasında olan hollandiyalı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi və müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, "Yuventus"un De Liqtə görə "Ayaks"a 70 milyon avro təzminat ödəyəcəyi bildirilir.