Azərbaycanın "Synergy Baku Cycling Project” komandasının velosipedçilərinin də iştirak etdiyi "Jelajah Malaysia 2013” veloyürüşünün üçüncü mərhələsi başa çatıb.
Yarışda velosipedçilərimiz arasında ən yaxşı nəticəni Tural İsgəndərov göstərib - 17-ci yer. Mərhələnin qalibi isə malayziyalı Möhd Harrif Saleh olub. Ümumi komanda hesabında "Synergy Baku Cycling Project” onuncu yeri tutub.
Üç mərhələnin yekununa görə, velosipedçimiz Kiril Pozdnyakov üçüncü, Elçin Əsədov altıncı yerdə qərarlaşıb. Ümumi komanda hesabında yalnız Sinqapurdan geri qalan Bakı klubu ikinci yerdədir.
Qeyd edək ki, Batu Rahat - Pontian marşrutu üzrə üçüncü mərhələnin uzunluğu 94,7 kilometr olub.