Nazir velosipedçilərlə görüşdü

Nazir velosipedçilərlə görüşdü


İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına (EYOF) hazırlıq prosesi ilə yaxından tanış olmaq üçün idman obyektlərinə baxış keçirən Gənclər və İdman naziri Azad Rəhimov Veloparkda olub.
Nazir EYOF-un velosiped yarışlarının start və finiş nöqtələrinin yerləşdiyi bu idman qurğusunda görülən işlərlə bağlı ətraflı məlumat alıb. Sonra A.Rəhimov mötəbər yarışda iştirak edəcək velosipedçilərlə görüşüb, onlara uğurlar arzulayıb.
Festivalın proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə yarışlar keçiriləcək. Azərbaycanı bu yarışlarda Lalə Əbdürəhmanova, Gülşən İsmayılova, Məleykə İsgəndərova, Nikita Sıtov, Mustafa Muxtarlı və Nofəl Nuriyev təmsil edəcəklər.