UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Səbail” səfərdə "Universitatya Krayova” (Rumıniya) klubu ilə qarşılaşıb.
Matçın gedişində iki qol fərqi ilə hesabda geri düşən komandamız özündə güc tapıb bərabərlik qolunu vursa da, rəqibin son dəqiqədə fərqlənməsinə mane ola bilməyib.
Beləliklə, hər iki oyunda rəqibinə 2:3 hesabı ilə məğlub olan paytaxt təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb.