UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində paytaxtın "Neftçi” klubu doğma azarkeşlər önündə Moldovanın "Sperantsa” klubu ilə qarşılaşıb.
"Bakcell Arena”da keçirilən matç Flaqmanın böyükhesablı qələbəsi ilə başa çatıb.
İlk hissədə rəqibinin qapısından 4 cavabsız top keçirən "Neftçi” ikinci hissədə daha iki qol vuraraq, möhtəşəm qələbə qazanıb.
"Ağ-qaralar”ın heyətində Vangelis Platellas dubl edib.
Emin Mahmudov, Dario Federiko, Stiv Monroz və İsmayıl Zülfüqarlı isə hərəyə bir dəfə fərqləniblər.
Xatırladaq ki, "Neftçi” bir həftə əvvəl səfərdə "Sperantsa” komandasını 3:0 hesabı ilə məğlub etmişdi.