Karateçilərimiz Türkiyədə yarışacaqlar

Karateçilərimiz Türkiyədə yarışacaqlar


Avqustun 23-25-də Türkiyənin Rizə şəhərində Qara dəniz və Xəzəryanı ölkələrdən olan karateçilər arasında növbəti çempionat keçiriləcək.
Yarışlar uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar kateqoriyalarında təşkil olunacaq.
Çempionatda 7, 8 və 9 yaşlı idmançılar kata üzrə fərdi və komanda yarışlarında çıxış edəcəklər. 10 yaşdan yuxarı idmançılar isə kata və kumite üzrə həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.
Rəhbəri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov olan Qara dəniz və Xəzəryanı ölkələrin Karate Federasiyaları Təşkilatının üzv ölkələrlə birgə keçirdiyi çempionat son üç ildə iki dəfə Sumqayıtda və Bakıda təşkil olunub. Bu təşkilatın sıralarında Dünya Karate Federasiyasının (WKF) üzvü olan Azərbaycanla yanaşı, region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan Karate federasiyaları da yer alıb.