Avropa kuboku yarışında 2 qızıl, 2 bürünc mükafat

Avropa kuboku yarışında 2 qızıl, 2 bürünc mükafat

Çex Respublikasının paytaxtı Praqada cüdo üzrə Avropa kuboku yarışı keçirilib. 39 ölkədən 437 cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvlərini sınayıblar.
Cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar. Təmsilçilərimiz Rövşən Əliyev (60 kq) və İmran Yusifov (+100 kq) bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçularımız Rəşad Yelkiyev (60 kq) və Davud Abbaslı (66 kq) isə bürünc medala layiq görülüblər.