Heydər Əliyev adına İdman Arenasında keçirilən cüdo yarışları davam edir.
Cüdo yarışların ikinci günündə Azərbaycanın üç cüdoçusu tatami üzərinə çıxıb. Təmsilçilərimizdən yalnız Buenos-Ayres-2018-in qalibi Vüqar Talıbov (73 kq) mükafatçılar sırasınada yer alıb. Komandamızın bayraqdarı Avropa Gənclər Olimpiya Festivalının gümüş medalına sahib çıxıb.
Mübarizəyə səkkizdəbir finaldan başlayan cüdoçumuz əvvəlcə belaruslu Dzianis Yauseyenkanı, sonra çexiyalı Adam Kopeçkini ipponla məğlub edib. V.Talıbov yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəkə ipponla qalib gələrək finala vəsiqə qazanıb. Buenos-Ayres-2018-in qalibi həlledici görüşdə italiyalı Luici Kentraçioya məğlub olaraq gümüş medala sahib çıxıb.
Komandamızın digər üzvlərindən Aytac Qardaşxanlı (57 kq) və Mətin Rzazadə (66 kq) yarışları beşinci pillədə tamamlayıb.