Rusiya millisinin Azərbaycan əslilli sabiq futbolçusu Aleksandr Səmədov 35 yaşında karyerasını başa vurub. Bu haqda o, özünün rəsmi İnstagram səhifəsində məlumat yayıb. Səmədov karyerası ərzində ona dəstək olan klublara, məşqçilərə, həkimlərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
Xatırladaq ki, Rusiya futbolunun yetirməsi olan A.Səmədov "Spartak”, "Lokomotiv”, "Moskva”, "Dinamo” və "Krılya Sovetov”da oynayıb. 2000-ci illərin əvvəllərində o, Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olub. Lakin sonradan AFFA tərəfindən ona göndərilən təkliflərin heç birini qəbul etməyib.
Səmədov 2011-ci ildə seçimini Rusiya millisinin lehinə edib və 2018-ci ilə qədər həmin komandada oynayıb. Qeyd edək ki, son klubu "Krılya Sovetov"dan ayrıldıqdan sonra Səmədov karyerasını Rusiyadan kənarda davam etdirə biləcəyini bildirmişdi. O, verdiyi müsahibədə ad açıqlamasa da, Azərbaycan klubularından birindən də dəvət aldığını söyləmişdi.