Bakı birinciliyinin qalibi müəyyənləşib

Bakı birinciliyinin qalibi müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim-İdman Bazasında futbol üzrə "Sevinc kuboku” uğrunda paytaxt birinciliyi keçirilib.
Yarışda 171 yeniyetmə futbolçu iştirak edib. 2008-2009-cu illər təvəllüdlü futbolçuların yarışında finalda Yasamal və Nəsimi rayon komandaları üz-üzə gəliblər. Oyun Yasamal rayon komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nərimanov rayon komandası isə yarışı üçüncü pillədə başa vurub.
Yarışda ilk üç yeri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlar təqdim edilib.