Ötən mövsümün ikinci yarısını icarə əsasında "Barselona” futbol klubunda keçirən qanalı hücumçu Kevin-Prins Boatenq yenidən İtaliya çempionatında – A Seriyasında çıxış edəcək.
32 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu İtaliyanın "Sassuolo” klubundan "Fiorentina”ya keçib. Qanalı hücumçu ilə ikiillik müqavilə imzalanıb. "Fiorentina” Boatenq üçün qarşı tərəfə 1 milyon avro ödəyib.
Hücumçu "Barselona”nın heyətində cəmi dörd oyunda meydana çıxıb.