İki şahmatçımız liderliyə yüksəlib

İki şahmatçımız liderliyə yüksəlib


Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmə şahmatçılar arasında Avropa birinciliyində altıncı tura yekun vurulub.
Çempionatda müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparan şahmatçılarımızdan Dinarə Hüseynova (6 xal) və Ayan Allahverdiyeva (5,5 xal) liderliyə yüksəliblər. Səadət Bəşirli, Cahandar Azadəliyev,Yusif Kərimli isə 5 xalla liderlər qrupunda mübarizəni davam etdirirlər.
Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.