Ronaldo: «Fərqli komandalarla Çempionlar Liqasını qazanmışam»

Ronaldo: «Fərqli komandalarla Çempionlar Liqasını qazanmışam»

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın oyunçusu Lionel Messi ilə arasındakı fərqdən danışıb.
Portuqaliyalı futbolçu bununla bağlı deyib: "Fərq ondadır ki, fərqli klublarda oynamışam və fərqli komandalarla Çempionlar Liqasını qazanmışam. Ardıcıl 6 il bu turnirin ən yaxşı bombardiri olmuşam. Çox az oyunçu Çempionlar Liqasının kubokunu 5 dəfə qazanıb".
Portuqaliyalı hücumçu Messinin əla futbolçu olduğunu da söyləyib: "Onu təkcə 5 dəfə "Qızıl top"u qazanması ilə yox, həm də mənim kimi ilbəil daha yaxşı olması ilə xatırlayacaqlar".