Avqustun 25-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən milli komandamızın üzvləri Macarıstanda təlim-məşq toplantısında olublar. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıb. Tata şəhərində keçirilən təlim-məşq toplantısında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak edib. Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempioanatı avqustun 25-dən sentyabrın 2-dək Tokio şəhərində olacaq.