“Liverpul” Super kubokun qalibi oldu

“Liverpul” Super kubokun qalibi oldu

Avqustun 14-də UEFA Super kuboku uğrunda Türkiyənin "Vodafone Park” stadionunda keçirilən görüşdə ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olmuş "Liverpul” və UEFA Avropa Liqasının qalib kimi başa vurmuş "Çelsi” klubları üz-üzə gəlib.
Görüşə hər iki komanda təhlükəli vəziyyətlərlə başlayıb. Oyunda hesabı London təmsilçisi açıb. Olivye Giru Kristina Pulişiçin ötürməsini qola çevirib - 0:1. Qoldan sonra hücumlarını artıran "Liverpul” klubunun cəhdlərinə baxmayaraq, fasiləyə qədər hesab dəyişməyib.

Qarşılaşmanın ikinci hissəsi başlan kimi Yurqen Klopun yetirmələri hesabı bərabərləşdirməyə nail olub. Sadio Mane adını tabloya yazdırıb - 1:1. İkinci hissədə sonadək hesab dəyişməyib. Reqlamentə əsasən qalib müəyyənləşmədiyindən oyuna əlavə dəqiqələr artırılıb.
Birinci əlavə olunmuş dəqiqələrdə hər iki komanda hərəyə bir dəfə fərqlənməyə nail olub. Sadio Manenin (95) qoluna Jorginyo cavab verib (101) - 2:2. Qalan dəqiqələrdə hesab dəyişilməyib.
Penalti seriyalarında daha dəqiq olan "Liverpul” (5:4) UEFA Super kubokunun qalibi olub.