Azərbaycanın "Synergy Baku Cycling Projekt” komandası Malayziyada keçirilən "Jelajah Malaysia” beynəlxalq velosiped yürüşündə uğurlu nəticələr qazanıblar. Yarışın sonuncu mərhələsinin qalibi "Synergy Baku Cycling Projekt” və Azərbaycan yığma komandasının üzvü Samir Cəbrayılov olub. Samir sonuncu mərhələdə bütün rəqiblərini geridə qoyaraq beynəlxalq velosiped yarışlarında ilk qələbəsini qazanıb. İdmançımız 169,8 km məsafəni 4 saat 1 dəqiqə 23 saniyəyə qət edib.
Qeyd edək ki, yürüşün birinci mərhələsində komandamızın digər velosipedçisi Kiril Pozdnyakov qalib gəlib. O, ümumi hesabda yürüşü 3-cü pillədə başa vurub. "Synergy Baku Cycling Projekt” və Azərbaycan yığma komandasının velosipedçisi Elçin Əsədov ümumi nəticələrə əsasən, 6-cı yerə sahib olub. Komanda hesabında isə yürüşdə "Synergy Baku Cycling Projekt” komandası qalib gəlib.