İtaliyanın "Roma” klubu Bosniya və Herseqovinadan olan hücumçusu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb.
33 yaşlı futbolçu paytaxt təmsilçisi ilə üçillik müqavilə imzalayıb.
E.Dzeko 2016-cı ildən "Roma”nın şərəfini qoruyur. O, klubun heyətində keçirdiyi 179 oyunda 87 qol vurub və 38 məhsuldar ötürmə edib.