Şamaxıda cüdo yarışı keçirilib

Şamaxıda cüdo yarışı keçirilib

Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 22-23-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo turniri keçirilib. Yarışda rayon komandalarından 1998-2000-ci il təvəllüdlü yaş qrupu üzrə 10 çəki dərəcəsində ümümilikdə 50 nəfər yeniyetmə idmançı iştirak edib. Yarışın baş hakimi Şamaxı rayonu gənclər və idman idarəsinin rəis müavini, cüdo üzrə idman ustası Bəhlul Əliosmanov olub.
Şamaxı rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov rayon birinciliyini açıq elan etdikdən sonra yarışa start verilib. Gərgin və çox maraqlı keçən idman mübarizəsinin sonunda qaliblər müəyyənləşib.
Yarışda mükafatalayiq yerləri tutan idmançılar Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplom və medallarla, qiymətli hədiyyələrlə təltif olunublar.
Bəhlul Əliosmanov,
Şamaxı rayon gənclər və idman idarəsinin rəis müavini, yarışın baş hakimi