UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları keçirilib

UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları keçirilib

Avqustun 20-də UEFA Çempionlar Liqasının play-off mərhələsinə start verilib.
İlk oyun günündə matç keçirilib. Azərbaycan çempionu "Qarabağ”ı üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu doğma azarkeşlər önündə Hollandiya təmsilçisi "Ayaks”ı qəbul edib. Görüş qolsuz yekunlaşıb.
Digər oyunlarda Belçikanın "Brügge” klubu səfərdə LASK-ı (Avstriya), Çexiyanın "Slaviya” komandası isə Rumıniyada ÇFR-i eyni hesabla məğlub edib (0:1).