“Sevinc” kubokunun növbəti şəhər birinciliyi keçirilib

“Sevinc” kubokunun növbəti şəhər birinciliyi keçirilib


Gəncədə 2008-2010-cu il təvəllüdlü futbolçular arasında keçirilən mini futbol üzrə məhəllələrarası "Sevinc” kubokunun "Dəri” top mükafatı uğrunda şəhər birinciliyi başa çatıb.
Gərgin keçən final qarşılaşmasında "Gəncə” komandası "Qarabağ-1” üzərində 5:2 hesablı qələbə qazanıb.
Yarışda 160-a yaxın idmançı iştirak edib. "Sevinc” kubokunun "Dəri” top mükafatı uğrunda keçirilmiş mini futbol üzrə Gəncə şəhər birinciliyində "Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin "Gəncə” komandası birinci, Baş İdarə nəzdində olan Uşaq Gənclər İdman Məktəbinin "Qarabağ-1” komandası ikinci, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbinin "Çinar” komandası üçüncü yerə layiq görülüb.
Qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunublar.