İngiltərəli futbolçu Mançesterdən İstanbula gedib

İngiltərəli futbolçu Mançesterdən İstanbula gedib


İngiltərəli futbolçu Daniel Starric Türkiyənin "Trabzonspor” klubu ilə transfer danışıqları aparmaq üçün Mançester şəhərindən İstanbula gəlib.
İngiltərə yığmasının 29 yaşlı hücumçusu avqustun 20-də komandanın rəhbərliyi ilə görüşəcək və müqavilənin təfərrüatlarını müzakirə edəcək.
Qeyd edək ki, D.Starric altı il formasını geyindiyi "Liverpul” klubu ilə müqaviləsi başa çatıb. Daha əvvəl "Çelsi” və "Mançester Siti” komandalarının formasını geyinən futbolçu İngiltərə Premyer Liqasında 218 matçda 76 qol vurub.