UEFA Çempionlar Liqasında növbəti oyunlar keçirilib

UEFA Çempionlar Liqasında növbəti oyunlar keçirilib

UEFA Çempionlar Liqasının play-off mərhələsinin daha üç oyunu keçirilib.
Rusiya təmsilçisi "Krasnodar” səfərdə Yunanıstanın "Olimpiakos” klubuna böyük hesabla məğlub olub (4:0), "Dinamo Zaqreb” (Xorvatiya) isə doğma azarkeşlər önündə "Rosenborq”un (Norveç) qapısından iki cavabsız top keçirib. "Yanq Boyz” (İsveçrə) - "Crvena Zvezda” oyununda qalib müəyyənləşməyib (2:2).
Xatırladaq ki, mərhələnin ilk oyun günündə Kiprin APOEL klubu öz meydanında Hollandiya təmsilçisi "Ayaks” ilə qolsuz heç-heçə edib.
Belçikanın "Brügge” klubu səfərdə LASK-ı (Avstriya), Çexiyanın "Slaviya” komandası isə Rumıniyada ÇFR-i eyni hesabla məğlub edib (0:1).
Bu komandalar arasında cavab qarşılaşmaları avqustun 27-28-də olacaq.